AZ

Gənc qadın ÖLDÜRÜLDÜ- Meyiti göldə TAPILDI

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılan analizlər nəticəsində nümunələrin Yapıcının valideynlərindən götürülən DNT ilə üst-üstə düşdüyü müəyyən edilib. İstintaq materiallarına görə, Yapıcı 30 aprel gecəsi Serik rayonunda itkin düşüb. Aparılan araşdırmalar nəticəsində onun Burdurun Bucak rayonunda meşəlik ərazidə qətlə yetirildiyi məlum olub. Cinayət işi üzrə saxlanılan şübhəli İ.U.D. ifadəsində meyiti yandırdığını, qalıqları isə Korkuteli bəndinə atdığını etiraf edib. Bu məlumat əsasında AFAD, jandarma və polis əməkdaşları ərazidə axtarış apararaq meyit qalıqlarını aşkar ediblər.

Hadisə ilə bağlı daha bir şübhəli A.B.S. ilə birlikdə saxlanılan şəxslər məhkəmənin qərarı ilə həbs olunublar.

Seçilən
17
Ajans.az

1Mənbələr