9 may 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi, Pirallahı rayonunda da iməcilik aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən qəsəbədaxili yollar dezinfeksiya məhlulları ilə yuyulub.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.