AZ

Əraqçi Hakan Fidana ABŞ dan şikayələndi: Təhqir, təxribat sülhə imkan vermir

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Fars körfəzindəki son atəşkəs pozuntuları və təxribatçı hərəkətləri Vaşinqtonun motivləri və diplomatik hərəkətlərinin ciddiliyi ilə bağlı şübhələri artırır.

Ölkə.az xəbə verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı  deyib.

Telefon danışığı zamanı Əraqçi Fidana ABŞ və İsrail tərəfindən tətbiq edilən təcavüzkar müharibəyə son qoymaq məqsədilə İranın diplomatik səyləri və təşəbbüsləri ilə bağlı son inkişaflar barədə məlumat verib.

ABŞ-ın Fars körfəzindəki son təxribatçı hərəkətlərinə və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin təhqiramiz ritorikasına toxunan Əraqçi bildirib ki, ABŞ qüvvələrinin Fars körfəzindəki son gərginlik yaradan hərəkətləri və atəşkəsin təkrar pozulması ABŞ diplomatiya tərəfinin niyyətləri və öhdəlikləri ilə bağlı şübhələri artırıb.

O, ABŞ-nin yanaşmasını dağıdıcı adlandırıb və bildirib ki, bu, diplomatik prosesi pozur, eyni zamanda İran xalqının Vaşinqtonun niyyətlərinə inamsızlığını artırır.

Əraqçi həmçinin bildirib ki, mövcud diplomatik prosesin irəliləməsi üçün qanunsuz təcavüz aktlarına son qoyulması və qarşı tərəfin həddindən artıq və əsassız yanaşmalarından imtina edilməsi vacibdir.

Fidan öz növbəsində müharibəyə son qoymaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğuladı və Türkiyənin bu mövzuda davam edən diplomatik prosesə dəstəyini bir daha təsdiqləyib.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
olke.az

2Mənbələr