Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi barədə bəyanat verib.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiya səfirliyinin Telegram kanalında paylaşım edilib.
"Biz Azərbaycan xalqının ümumi Qələbəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycanın oğul və qızları Sovet İttifaqının digər xalqlarının nümayəndələri ilə çiyin-çiyinə verərək düşmənlə fədakarcasına döyüşüblər. Bakı neftçiləri cəbhəni yanacaqla təmin edirdilər: müharibə illərində bütün sovet neftinin 70 %-dən çoxu Azərbaycanda hasil olunurdu", - diplomat qeyd edib.