AZ

Gürcüstanda 45 əcnəbi saxlanılıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

Saxlanılanlar müvəqqəti yaşayış mərkəzində yerləşdiriliblər

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları ölkə daxilində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Departamentin məlumatına görə, bu kompleks tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 45 əcnəbi saxlanılıb. Saxlanılanlar Keniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Tayland, Uqanda, Hindistan, Banqladeş, Tanzaniya, Efiopiya, Nigeriya və Sudan vətəndaşlarıdır.

Xüsusi tədbirlər çərçivəsində Departamentin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan yaşayan əcnəbi vətəndaşların müəyyən edilməsi məqsədi ilə müəyyən yerləri və müxtəlif obyektləri yoxlayıblar.

Saxlanılanların ölkədə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Gürcüstan qanununu pozaraq olduqları müəyyən edilib.

Saxlanılanlar hazırda Miqrasiya Departamenti tərəfindən idarə olunan müvəqqəti yaşayış mərkəzində yerləşdiriliblər.

Onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
ayna.az

1Mənbələr