ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşən "Vulverhempton"un yarımmüdafiəçusi Juan Qomesin İspaniya nəhənginə transferi reallaşmaq üzrədir.
Fanat.Az "Globo Esporte"yə istinadən xəbər verir ki, klublar arasında aparılan danışıqların müsbət sonluqla yekunlaşacağı gözlənilir.
Mənbə növbəti mövsümə Çempionşipdə başlayacaq "canavarlar"ın 25 yaşlı braziliyalını 45 milyon avroya satmağı hədəflədiklərini vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Qomes 1 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.