Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mayın ikinci həftəsi bəzi bürclər üçün maliyyə və karyera baxımından olduqca məhsuldar keçəcək. Astroloqların proqnozlarına görə, göy cisimlərinin düzülüşü dörd bürcün taleyində ciddi dönüş yarada bilər. Xüsusilə gözlənilməz fürsətlər və yeni qazanc qapılarının açılacağı ehtimalı yüksəkdir.Demokrat.az xəbər verir ki, həmin bürclərin siyahısını təqdim edirik.ƏkizlərBu dövrdə Əkizlər bürcü altında doğulanlar üçün ünsiyyət ön plana çıxır. Uzun müddətdir təxirə salınan görüşlərin reallaşması və ya iş həyatında mühüm yeniliklərin olması gözlənilir. Təhsil və karyera sahəsində hərəkətlilik vəzifə artımına yol aça bilər.ŞirŞirlər üçün mayın ikinci yarısı maddi imkanların genişlənməsi ilə yadda qalacaq. Maliyyə məsələlərində bəxti gətirən bu bürc nümayəndələri gözlənilməz iş təklifləri ala bilərlər. Bu həftə investisiya və yeni layihələr üçün əlverişli hesab olunur.ƏqrəbƏqrəblərin həyatında şəxsi münasibətlər və qeyri-müəyyənliklərin sonu çatır. Keçmişdə yarımçıq qalmış məsələlər yenidən gündəmə gələ bilər. Mütəxəssislər bu bürc nümayəndələrinə hissləri ilə deyil, məntiqlə qərar verməyi tövsiyə edir.DolçaDolçalar üçün dəyişiklik enerjisi kifayət qədər güclüdür. Yaşayış yerinin dəyişdirilməsi, yeni iş planları və ya strateji addımlar üçün doğru zamandır. Uzun müddətdir üzərində düşündüyünüz məsələləri icra etmək üçün əlinizə şans düşəcək.Astroloqlar bildirirlər ki, mayın ikinci həftəsində təkcə bu dörd bürc deyil, ümumilikdə hamı planlı hərəkət etməlidir. Tələsik verilən qərarlar gələcəkdə risk yarada bilər, ona görə də hər addımı ölçüb-biçmək lazımdır.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.