AZ

Rubio: “ABŞ ın vasitəçiliyi ilə Ukrayna Rusiya danışıqları dalana dirənib

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq cəhdlərinin uğursuz olduğunu etiraf edib

“ABŞ-ın vasitəçiliyi ilə Ukrayn-Rusiya sülh danışıqları dalana dirənib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

"Biz vasitəçi rolunu oynamağa çalışdıq, amma indiyə qədər bir sıra səbəblərə görə səmərəli nəticə əldə olunmadı. Əgər effektiv ola bilərsə, biz hələ də bu rolu oynamağa hazırıq", - Rubio bildirib.

O əlavə edib ki, ABŞ "irəliləyişlə nəticələnməyən səylərə vaxt və enerji sərf etmək" istəmir.

Rubio bildirib ki, vəziyyət dəyişərsə, “Tramp administrasiyası danışıqlar prosesinə qayıtmağa hazırdır”.

Qeyd edək ki, ABŞ Kremlə sanksiyaların qaldırılmasını, iqtisadi əməkdaşlığı və hətta Krımın tanınmasını da əhatə edən səxavətli bir razılaşma təklif etsə də, Rusiya Prezidenti Vladimir Putin ərazi güzəştlərindən imtina edərək, ordusunun ələ keçirmədiyi ərazilər də daxil olmaqla bütün Donbassın nəzarətinə verməsini tələb edib.

Amerikalı danışıqçıların Kremlə çoxsaylı səfərlərinə və Alyaskada Putin üçün “qırmızı xalça”nın salınmasına baxmayaraq, müharibəni "24 saat ərzində" bitirəcəyinə söz verən ABŞ lideri Donald Tramp yalnız bir neçə Rusiya-Ukrayna görüşü təşkil edə bildi və bunların heç biri sülhə gətirib çıxarmadı.

Kremlə yaxın “Bloomberg” mənbələri aprelin əvvəlində Putinin müharibəni daha bir-iki il davam etdirməyə hazırlaşdığını və Baş Qərargah generallarına yeni hücum hazırlamağı əmr etdiyini yazmışdı. ABŞ mart ayına qədər sülh razılaşmasına nail olmağa, sonra onu Ukraynada ümumxalq referendumuna təqdim etməyə və eyni zamanda, Ukraynada seçkilər keçirməyə ümid edirdi - Kremlin tələb etdiyi kimi.

“Reuters” mənbələri bildirib ki, amerikalılar səsvermənin mümkün qədər tez keçirilməsində israr ediblər: Konqres seçkiləri tezliklə gəlir və populyarlığı sürətlə azalan Tramp daxili məsələlərə diqqət yetirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
ayna.az

1Mənbələr