AZ

Çinin ixracı rekord səviyyəyə çatıb

Çin Baş Gömrük İdarəsi 2026-cı ilin aprel ayına qədər olan dövrü əhatə edən xarici ticarət məlumatlarını açıqlayıb.

Bu dövrdə Çinin ixracı illik müqayisədə 14,1% artaraq 359,4 milyard dollara, idxalı isə 25,3% artaraq 274,6 milyard dollara çatıb.

Aprel ayında 84,8 milyard dollarlıq ticarət profisiti mart ayında 51,1 milyard dollarlıq profisitlə müqayisədə əhəmiyyətli artımı göstərir.

Yaxın Şərqdəki müharibə və Hörmüz boğazındakı ləngimələr səbəbindən qlobal miqyasda enerji, xammal və nəqliyyat xərclərinin artdığı bir dövrdə Çinin ixracı rekord səviyyəyə çatıb, bu da qlobal iqtisadiyyatdakı dalğalanmalara qarşı Çin iqtisadiyyatının dayanıqlılığın göstəricisidir.

İxracatdakı artım mart ayında illik müqayisədə 2,5%-lik artımı keçsə də, idxal artımı mart ayında 27,8% artımdan aşağı olsa da, yüksəliş tempini davam etdirib.

İdxaldakı artıma enerji və xammal qiymətlərinin artması təsir edib. Çin bu dövrdə 38,4 milyon ton neft idxal edib. Neft idxalının həcmi 20 faiz azalsa da, onların maya dəyəri 13,2 faiz artıb.

Hörmüz boğazında gəmi daşınması müharibə səbəbindən pozulub. Yaxın Şərqdəki müharibə qlobal mallar və enerji ticarəti üçün vacib tranzit yolu olan Hörmüz boğazında gəmi daşınmasının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub.

Hörmüz boğazı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, İraq və İrandan dünya bazarlarına karbohidrogen ehtiyatlarının daşınmasında dünya neft ticarətinin təxminən 25 faizinin, mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizinin və gübrə ticarətinin təxminən 30 faizinin əsas marşrutudur.

Çinin idxal etdiyi neftin təxminən 45 faizi və mayeləşdirilmiş təbii qazının 30 faizi ölkəyə Fars körfəzi və Hörmüz boğazı vasitəsilə çatır.

MənbəTREND
Seçilən
39
banker.az

1Mənbələr