AZ

ABŞ kəşfiyyatı Xameneinin yerini tapa bilmir: üzü, qolu, gövdəsi və ayağı yanıb

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ kəşfiyyatı hesab edir ki, İranın ali lideri Müctəba Xamenei yüksək vəzifəli şəxslərlə birlikdə ölkənin hərbi strategiyanın formalaşdırılmasında həlledici rol oynayır.Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda parçalanmış rejim daxilində dəqiq səlahiyyət bölgüsü hələ də aydın deyil, lakin Müctəba Xamenei ehtimal ki, İranın müharibənin dayandırılması ilə bağlı ABŞ ilə apardığı danışıqlara rəhbərlik etməyə kömək göstərir.

Mediaya görə, Xamenei müharibənin əvvəlində atası və ölkənin bir neçə yüksək rütbəli hərbi rəhbərinin həlak olduğu hücum zamanı ağır yaralandıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu isə onun sağlamlığı və İran rəhbərliyi strukturundakı rolu ilə bağlı müxtəlif ehtimallara səbəb olub.

CNN-in məlumatına görə, Donald Tramp administrasiyası münaqişənin diplomatik yolla həllinə nail olmağa çalışmaqda davam edir. Atəşkəs artıq bir aydan çoxdur sürür və ABŞ kəşfiyyatı hesab edir ki, İran ABŞ bombardmanlarından sonra da müəyyən üstünlüklər əldə edib. Belə ki, bombardmanlar İranın əhəmiyyətli hərbi potensialını tam məhv etməyib və ölkəyə ABŞ blokadasına daha bir neçə ay tab gətirməyə imkan verib.

Mənbələrin bildirdiyinə görə, Xamenei yaralandığı zərbədən bir neçə gün sonra atasını əvəz edərək İranın yeni ali lideri elan olunub. Lakin bu günə qədər ABŞ kəşfiyyatı onun yerləşdiyi yeri vizual şəkildə təsdiqləyə bilməyib.

Mənbə əlavə edib ki, qeyri-müəyyənliyin səbəblərindən biri də Xameneinin heç bir elektron rabitə vasitəsindən istifadə etməməsidir. O, yalnız şəxsən görüşə bilən insanlarla və ya kuryer vasitəsilə göndərilən mesajlarla əlaqə saxlayır.

Mənbələrin sözlərinə görə, Xamenei “yaraları ilə bağlı tibbi yardım almağa davam etdiyi üçün təcrid vəziyyətində qalır. Onun bədəninin bir tərəfində - üzü, qolu, gövdəsi və ayağında ciddi yanıq izləri var”.

CNN iddia edir ki, İran ali liderinin dəftərxanasının protokol şöbəsinin rəhbəri Mazaher Hosseini cümə günü bildirib ki, Xamenei aldığı yaralardan sağalır və hazırda tam sağlamdır. Onun sözlərinə görə, Xameneinin ayağı və beli yüngül zədələnib, həmçinin kiçik bir qəlpə qulağının arxasına dəyib, lakin yaralar sağalmaqdadır.

Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmilərinin Xameneinin vəziyyəti ilə bağlı bildikləri əsasən onunla ünsiyyətdə olan şəxslərdən alınan məlumatlara əsaslanır.

Bununla belə, kəşfiyyat analitikləri arasında bəzi şübhələr mövcuddur: İranın hakimiyyət strukturlarındakı bəzi şəxslər Xameneiyə çıxış imkanına malik olduqlarını iddia edərək onun nüfuzundan öz məqsədlərini irəli aparmaq üçün istifadə edə bilərlər. ABŞ kəşfiyyat hesabatlarına görə, müharibə İranın hərbi potensialını zəiflədib, lakin onu tamamilə məhv etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
modern.az

1Mənbələr