AZ

Seçki məğlubiyyəti Starmerə təzyiqləri artırdı

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Keir Starmer yerli seçkilərdə Leyborist Partiyasının ağır məğlubiyyətindən sonra ciddi siyasi təzyiqlə üzləşib. Partiyanın bir sıra deputatları onun istefa vaxtını açıqlamasını tələb edir.

Bizimyol.info xəbər verir ki, Leyboristlər İngiltərədə 25-dən çox bələdiyyəyə nəzarəti və 1000-dən artıq mandatı itirib. Ən böyük qazancı isə Nigel Faragein rəhbərlik etdiyi Reform UK əldə edib. Partiya həm şimal bölgələrində, həm də ənənəvi mühafizəkar ərazilərdə ciddi uğur qazanıb.

Partiya Uelsdə də zəifləyib. Uelsin birinci naziri Eluned Morgan mandatını itirib. Londonda isə “yaşıllar”ın yüksəlişi nəticəsində Leyboristlər bəzi mühüm şuraları əldən veriblər.

Seçkilərin nəticələri partiya daxilində narazılığı artırıb. Keçmiş nazir Louise Haynq bildirib ki, hökumət təcili dəyişiklik etməsə, Starmer partiyanı növbəti seçkilərə apara bilməyəcək.

Buna baxmayaraq, Starmer istefa vermək niyyətində olmadığını açıqlayıb. O bildirib ki, rəhbərlikdən getməsi partiyada xaosa səbəb ola bilər. Baş nazir yaxın günlərdə ölkənin gələcəyi ilə bağlı yeni proqram təqdim edəcəyini də vurğulayıb.

Bu arada Reform UK lideri Nigel Farage seçkilərin Britaniya siyasətində “tarixi dönüş” yaratdığını bildirib. “Yaşıllar” partiyası da bir sıra bölgələrdə mühüm uğurlar əldə edib.

Partiya daxilində narazılıqlar artsa da, hökumətin bəzi üzvləri Starmerə dəstək verməyə davam edir. London meri Sadiq Xan isə xəbərdarlıq edib ki, Leyboristlər kursu dəyişməsə, Şotlandiyada yaşanan siyasi geriləmə Londonda da təkrarlana bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr