AZ

FİFA dan cəzalı futbolçulara güzəşt

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekvador millisinin yarımmüdafiəçisi Moyses Kaysedo və Argentinanın müdafiəçisi Nikolas Otamendi, son seçmə oyunlarında meydandan qovulmalarına baxmayaraq, 2026-cı il dünya çempionatının ilk turunda oynamaq hüququ qazanacaqlar. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ekvador ötən ilin sentyabrında DÇ-2026-nın seçmə mərhələsinin son turunda Argentinanı 1-0 hesabı ilə məğlub eedib. Otamendi və Kaysedo həmin matçda meydandan qovulublar. Bu üzdən hər iki futbolçu mundialın ilk turunda meydana çıxmamalıydılar.

Mənbənin sözlərinə görə, bütün komandalar ən güclü heyətlərini meydana çıxara bilməsi üçün FİFA cəzanı ləğv edib. Hər iki oyunçunun cəzası dünya çempionatından sonrakı növbəti rəsmi beynəlxalq matçına şamil olunacaq. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
sport24.az

1Mənbələr