“Real”da daxili qalmaqallar yaşandığı bir vaxtda klubun keçmiş oyunçusu Toni Kroos Çempionlar Liqasının finalına yüksələn Luis Enrikenin PSJ-si haqda danışıb.
Publika.az xəbər verir ki, podkast zamanı alman mütəxəssis Dembelenin əvəzlənməsi və hücumçunun buna reaksiyası barədə də fikirlərini bildirib.
“Luis Enrike 65-ci dəqiqədə dünyanın ən yaxşı oyunçusunu əvəz edir və o, sakitcə meydandan çıxır, bu normaldır. Dembele məşqçinin əlini sıxır və sonra ehtiyat oyunçular skamyasından komanda yoldaşlarını ruhlandırır. Əlbəttə ki, bir çox əks-nümunələr var. Niyə onu meydandan kənarlaşdırdı? Çünki onun yorğun olduğunu və Due ilə Kvaratsxeliyanın həmin gün daha yaxşı oynadıqlarını görüb onu meydandan kənarlaşdırdı. Nöqtə”, – Kroos deyib.
Toninin bu sözlərlə kimi nəzərdə tutduğuna şübhə yoxdur: “Heç kim şikayət etmir. Və bu, məşqçiyə edilən hörmət haqqında çox şey deyir. Belə bir məşqçinin buna necə nail olması və ən əsası, düzgün qərarlar qəbul etməklə bunu necə nümayiş etdirməsi heyrətamizdir.