ain.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp NBC News kanalına müsahibəsində İranla münaqişənin bitib-bitmədiyi barədə suala “Xeyr” cavabını verib.Modern.az-ın məlumatına görə, Tramp deyib:
“Münaqişə hələ bitməyib. Amma biz, şübhəsiz ki, hərbi qələbə qazanmışıq. Biz insanları İranda mağaralardan çıxmağa və nəyəsə imza atmağa məcbur etməliyik.
Biz həqiqətən də Hormuz boğazı üzərində nəzarəti həyata keçiririk. Və onların bu biznesini əllərindən almışıq. İrana gəmilər gəlmir”.
Onun fikrincə, münaqişənin dərhal dayandırılmasından daha vacib olan məsələ ABŞ-ın maraqlarına ən uyğun sazişin əldə edilməsidir.
“Əgər bu, mənə ən sərfəli razılaşmanı bağlamağa mane olacaqsa, işi sona çatdırmaq istəmirəm. Başqa bir yanaşma da var: ölkəni dağıtmaq və nefti özünə saxlamaq. Bu, şəraitdən asılıdır”, - deyə Tramp bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.