AZ

"Həkimlər deyirdilər ki, heç nə yoxdur" - Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi? - VİDEO

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli aktyor, Xalq artisti Rasim Balayevə həsr olunub.

 

Aktrisa, Xalq artisti Xalidə Quliyeva sənətkarın "Nəsimi" filmində yaşadığı çətin çəkiliş prosesindən danışıb:

 

"Özbəkistanın Xivə şəhərinə getmişdik. Nəsiminin edam səhnəsi orada çəkilməli idi. Həmin gün Rasim o vəziyyətə hazır deyildi. Dərisi soyulan zaman hiss olunan ağrını yaşamalı idi, amma alınmadı. Dedilər ki, sabah çəkərik. Səhərisi gün Rasimə nə çörək, nə su, nə də çay verdilər. Hətta yatmağa da qoymadılar. Yanında bir nəfər saxlamışdılar ki, səhərə qədər oyaq qalsın. O, filmdə həm Nəsimini, həm də oğlunu canlandırırdı. Bu, çox maraqlı tapıntı idi".

 

Rasim Balayevin oğlu Ülvi Balayev isə aktyorun xəstəliyindən danışıb:

 

"Ağciyər xərçəngi idi. Bunu gec öyrənmişdik. Dərhal müdaxilə olundu, əməliyyat edildi. Amma sonradan necə davam etməli olduğumuzu bilmədiyimiz üçün bir dəfə kimyaterapiya qəbul etdi və bu digər orqanlarına fəsad verdi".

 

Aktrisa, Xalq artisti Həmidə Ömərova sənətkarın xəstəliyinin uzun müddət gizli qaldığını bildirib:

 

"Görün necə böyük insan idi ki, iki il ağır xəstə yatdı. Biz isə elə bilirdik ki, sadəcə, ayağında problem var".

 

Operator dostu Fəramiz Məmmədov isə aktyorun son günlərindən bəhs edib:

 

"Həkimlər mənə deyirdilər ki, ciddi problemi yoxdur. Amma rəhmətlik özü dedi ki, immuniteti sıfıra enib. Bədəndə müqavimət qalmamışdı. Müalicələrin ağırlığına dözə bilmədi".

Tarix: 9 May 2026, 08:34   
Seçilən
43
pravda.az

1Mənbələr