AZ

Avstraliya Kiyevə 1,2 milyard dollar ayırıb

BAKI, 9 may. TELEQRAF

Avstraliya hakimiyyəti 2022-ci ildən etibarən Kiyev rejiminə hərbi dəstək üçün ümumilikdə 1,2 milyard dollar vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Avstraliyadakı səfiri Mixail Petrakov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitin ümumi həcmi 1,7 milyard Avstraliya dollarını ötüb.

Diplomat qeyd edib ki, hazırkı məzənnə ilə bu məbləğ təxminən 1,2 milyard ABŞ dollarına bərabərdir.

“2022-ci ildən bəri Avstraliya Kiyev rejiminin fəal sponsorlarından biri olub”, - Petrakov deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun Ukraynaya 400 milyon dollarlıq yardım ayrıldığını təsdiqlədiyini açıqlamışdı.

Seçilən
18
teleqraf.com

1Mənbələr