AZ

Qəbələ üçün ölüm qalım oyunu

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 31-ci turun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"la üz-üzə gəlir. Qonaqlar ikincilik uğrunda mübarizə aparır və böyük ehtimalla sonda istəyinə çatacaq. Meydan sahibləri isə elitada yerini qorumağa çalışır. "Kəpəz" dünən "Sabah"ı məğlub etməklə "qırmızı-qaralar"dan bir qədər aralandı. Artıq "Qəbələ" ilə Gəncə təmsilçisi arasında xal fərqi 7-yə çatıb. Bu gün məğlub olacağı təqdirdə  Kaxaber Tsxadadzenin yetirmləri elitada yerini qorumaq üçün pley-off oynamalı olacaq.

Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXXI tur

17:00. "Qəbələ" - "Qarabağ" 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam MəmmədovVAR: Əli ƏliyevAVAR: Kamran BayramovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Elman MusayevQəbələ. Şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
sport24.az

1Mənbələr