ain.az, Modern.az portalına istinadən məlumat verir.
Keniyanın şimal-qərbində lisenziyasız fəaliyyət göstərən qızıl hasilatı mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, ölənlər arasında 10 qadın var.
Dağıntılar altından 12 nəfər sağ qalıb, onlar hazırda xəstəxanadadır.
Xilasetmə işləri davam edir, digər işçilərin axtarışı aparılır. Keniya Qızıl Xaç Cəmiyyətindən qurbanların sayının arta biləcəyini istisna etməyiblər.
Hadisə ölkənin paytaxtı Nayrobidən 400 km şimal-qərbdə yerləşən Rumos-Hillz ərazisində baş verib. İlkin məlumata görə, qəzaya səbəb iri daşın düşməsindən sonra mədən divarlarının çökməsi olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.