Ümumilli lider Heydər Əliyevin məzarı ziyarət olunub.
QHT.az xəbər verir ki, 2026-cı il mayın 8-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta