AZ

Azərbaycanda insanlar maddi çətinliyə görə xəstəxanaya gedə bilmirlər Ekspert

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda xəstələrin həkimə gec müraciət etməsi cəmiyyət üçün aktual problemlərdən biridir. Bu hal bir çox xəstəliklərin vaxtında aşkarlanmasına mane olur və nəticələri ağırlaşdıra bilir. Gecikmiş müraciət bəzən müalicəni çətinləşdirir, bəzən isə həyat üçün risk yaradır. Bu problemin arxasında həm sosial, həm psixoloji, həm də iqtisadi səbəblər dayanır.Məsələ ilə bağlı tibb eksperti Rasif Bağırov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda xəstələrin həkimə gec müraciət etməsinin müxtəlif səbəbləri var:"Əsas səbəblərdən biri odur ki, insanlar bəzən xəstəliyə kifayət qədər ciddi yanaşmır və həkimə gec müraciət edirlər. Gecikmiş müraciət nəticəsində xəstəlik artıq dərinləşəndə, bəzi hallarda bu, insanın həyatını itirməsi ilə nəticələnə bilər. Amma elə xəstəliklər də var ki, vaxtında aşkarlanıb düzgün müalicə olunduqda insan uzun müddət fəsadsız yaşaya bilir, özünü yaxşı hiss edir, hətta illərlə, onilliklərlə yaşamaq mümkündür. Bu da çox müsbət nəticədir.Bəzi insanlar xəstəliyə ciddi yanaşmır, “boş şeydir” deyərək vəziyyəti ciddiyə almırlar. Bundan başqa, cəmiyyətdə həkimlər haqqında formalaşmış mənfi fikirlər də rol oynayır. Düzdür, mənfi təcrübə yaşadılan həkimlər də var, amma ümumiləşdirmə nəticəsində insanların həkimlərə inamı azalır. Buna görə də bəzi insanlar ənənəvi və ya xalq təbabətinə, bitkilərlə müalicəyə üstünlük verirlər. Halbuki bir çox xəstəliklər yalnız tibbi müdaxilə ilə düzgün müalicə oluna bilər".Ekspert deyib ki, bəzi insanlar həkimə getməkdən qorxurlar:"Onlar düşünürlər ki, əlavə diaqnoz qoyular və ya pis xəbər eşidərlər. Bu qorxu onların psixoloji vəziyyətinə mənfi təsir edəcəyi üçün həkimə müraciəti gecikdirirlər. Beləliklə, qısa müddətli rahatlıq hissi yaransa da, xəstəliyin inkişafı davam edir və vəziyyət daha da ağırlaşır.Üçüncü səbəb isə vaxt itkisi və gecikdirmə vərdişidir. Məsələn, gecə saatlarında yaranan ağrılar çox vaxt “səhər həkimə gedərəm” düşüncəsi ilə ertələnir. Lakin bəzi hallarda bu gecikmə ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Təcrübədə də görülür ki, bir çox hallarda vəziyyət kritikləşəndən sonra artıq gec olur.Digər bir səbəb isə maddi çətinliklərdir. Xüsusilə dərmanların və müalicənin baha olması bəzi insanları həkimə getməkdən çəkindirir. İnsanlar əvvəlcədən xərcləri düşündükləri üçün müraciəti gecikdirirlər. Nəticədə isə xəstəlik daha da ağırlaşır və müalicə həm daha çətin, həm də daha bahalı olur. Ümumilikdə bu səbəblər göstərir ki, həkimə vaxtında müraciət etməmək ciddi risklər yaradır və erkən diaqnoz həyat qurtaran əsas amillərdən biridir",- deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
demokrat.az

2Mənbələr