“Real” klubu rəsmi açıqlama yayaraq yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuameni-ni hər birini 500 min avro məbləğində cərimələdiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, hər iki futbolçu baş verən hadisə ilə bağlı daxili istintaqa cəlb olunub, izahat verərək bir-birindən, komanda yoldaşlarından, məşqçilər korpusundan və azarkeşlərdən üzr istəyib, klubun verəcəyi istənilən cəzanı qəbul etdiklərini bildiriblər.
Bu səbəbdən “Real” hər iki oyunçuya 500 min avro cərimə tətbiq edib və daxili proseduru yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl məşq zamanı Valverde və Tçuameni arasında sözlü mübahisənin davaya çevrildiyi, Valverdenin başından zədə alaraq xəstəxanaya aparıldığı bildirilmişdi.