AZ

"Guya İslam türk dünyasını geri salıb" - Deputatdan sərt REAKSİYA

"Azərbaycanda bu gün çox zərərli bir təbliğat gedir ki, guya biz inkişaf etmək üçün İslamdan imtina etməliyik. İslamı məfhumat, xürafat dini kimi təqdim edib onunla mübarizə aparmağa cəhd edənlər var. Amma onlar anlamırlar ki, bu millətə nə qədər böyük ziyan vururlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

O vurğuladı ki, bizim bayrağımızda üç rəmz var: 

"O vaxt Xalq Cümhuriyyətini quranda onlar çox düşündülər, çox təhlil etdilər: necə edək, nə təhər edək? Uzun araşdırmadan sonra başa düşdülər ki, üç istiqamətdə getmək lazımdır: müstəqillik, türçülük və İslam dəyərləri. İndi biri çıxıb gündəm olmaq üçün, kiməsə xoş gəlmək üçün bu məsələlərə yanaşmada səhvlərə yol verməməlidir. Guya İslam bizi geri salıb, guya İslam türk dünyasını geri salıb. Bunlar absurd, səhv yanaşmalardır. Heç onların çoxunun da İslamdan xəbəri yoxdur. Bizim geridə qalmağımızın və bir sıra müsəlman ölkələrinin bu vəziyyətdə olmasının səbəbi odur ki, biz dinə tam əməl etmirik. Din məfhumat deyil, din xürafat deyil. Quranda o qədər möcüzəvi ayələr, hədislər və sair var. Sadəcə bunu dərk edən insan tapılmalıdır. Dərk edən insan üçün heç bir problem yoxdur. Amma dərk etməyən isə eyni mövqedə dayanacaq və eyni səhvləri təkrarlayacaq".

NURİYYƏ

Seçilən
47
1
redaktor.az

2Mənbələr