AZ

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, xüsusilə nəqliyyat və yol infrastrukturu sahəsində həyata keçirdiyi mühüm islahatlar qeyd olunub. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlarda ölkədə müasir yol infrastrukturunun qurulması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı qeyd edilib.

Seçilən
15
ikisahil.az

1Mənbələr