ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pedalların yerini səhv salan qadın sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın İvanovo şəhərində baş verən hadisə müşahidə kamerasına düşüb. Belə ki, avtomobil idarə etməyə başlayan xanım sürücü tormoz əvəzinə qaz pedalına basaraq park vəziyyətində olan nəqliyyat vasitəsinə çırpıb. Qəzadan sonra qadının yanındakı sərnişin avtomobildən düşərək sürətlə yerə dağılmış qırıntıları və hissələri toplamağa başlayıb və ardınca da heç bir şey olmamış kimi hadisə yerindən uzaqlaşıblar.
Bilidirilir ki, zərərçəkmiş tərəf hadisə anının görüntüləri ilə polisə müraciət edib.
Hazırda faktla bağlı araşdırma aparılır və qəza törədən cütlüyün şəxsiyyəti müəyyənləşdirilir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.