AZ

Heydər Əliyev müasir milli dövlətçiliyimizin banisidir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Qazax filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir milli dövlətçiliyimizin banisidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, Azərbaycanın müstəqilliyinin qorunması və qüdrətli dövlət kimi inkişafının təmin olunması dayanıb. Heydər Əliyevin ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azertag.az

1Mənbələr