AZ

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

Bakı, 8 may, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 785 milyon 940,81 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz və ya 51 milyon 504,77 min dollar azalma deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 522 milyon 911,65 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 11,8 faiz və ya 69 milyon 976,74 min dollar azdır.

Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 14,55 faizini, ümumi idxalının isə 13,06 faizini təşkil edib.

Seçilən
13
azertag.az

1Mənbələr