AZ

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

ABŞ Prezidenti Donald Trump Avropa İttifaqına qarşı ticarət siyasətini sərtləşdirərək yeni ultimatum verib. O bildirib ki, əgər Avropa İttifaqı ABŞ mallarına tətbiq etdiyi rüsumları 4 iyula qədər sıfıra endirməsə, Vaşinqton Avropa məhsullarına “daha yüksək” tariflər tətbiq edəcək.

“BBC” xəbər verir ki, D.Tramp bu bəyanatı Ursula von der Layn ilə telefon danışığından sonra səsləndirib. ABŞ Prezidenti ölkəsinin 250 illik yubileyinə qədər nəticə gözlədiyini vurğulayıb. Ursula fon der Layn isə əks mövqe sərgiləyərək bildirib ki, tərəflər tariflərin azaldılması istiqamətində “yaxşı irəliləyiş” əldə ediblər və razılaşmanın həyata keçirilməsinə sadiqdirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr