AZ

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar hazırda “dalana dirənib”, lakin ABŞ yenə də hərbi əməliyyatlara son qoymaq üçün vasitəçi rolunu oynamağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio cümə günü İtaliyaya səfəri zamanı jurnalistlərə bildirib. “Göstərilən səylər hazırda “dalana dirənib”, lakin vəziyyət dəyişərsə, biz bu məsələni həll etməyə həmişə hazırıq”, - deyə o vurğulayıb.

Rubionun sözlərinə görə, Vaşinqton bu səylər məhsuldar olacağı təqdirdə vasitəçi rolu oynamağa hazırdır. Dövlət katibi əlavə edib ki, ABŞ vaxtını və enerjisini boş yerə irəliləyiş gətirməyən səylərə sərf etmək istəmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr