AZ

Kamboca cəngəlliyində dəhşət: Rusiyalı məşhur aşpaz ölüm ayağında tapıldı - FOTO

Kambocanın cəngəllik ərazisində yerli sakinlər taqətdən düşmüş vəziyyətdə olan rusiyalı kişiyə rast gəliblər. Məlum olub ki, o, Omskdan olan keçmiş şef-aşpaz, 38 yaşlı Aleksey Koroteyevdir.

Publika.az xəbər verir ki, bu barədə "Kp.ru" saytı məlumat yayıb.

Bildirilib ki, Koroteyev yerli sakinlərdən kömək istəyib. O, təcili şəkildə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ilə bağlı dəqiq məlumat verilmir.

Aleksey Koroteyev Rusiyanın Barnaul şəhərində anadan olub, uzun illər Omsk şəhərində yaşayıb və çalışıb. O, şəhərin Milli Şef-Aşpazlar Gildiyasının üzvü olub. Sosial şəbəkə hesablarında tez-tez hazırladığı yeməklərin fotolarını paylaşırdı. Dəniz məhsullarından hazırlanan delikateslər, klassik rus mətbəxi və müxtəlif desertlər onun paylaşımlarında üstünlük təşkil edirdi.

Bir müddət sonra isə aşpaz həyat tərzini tamamilə dəyişib. O, Kambocaya köçərək motosikletlə Vyetnam sərhədindən Tailandadək bütün sahilboyu əraziləri gəzib. Təbiət və dəniz mənzərələrini çəkərək bloqunda paylaşırdı.

Seçilən
44
publika.az

1Mənbələr