.jpg)
İran rəsmiləri münaqişənin nizamlanmasına dair sazişlə bağlı ABŞ-ın təklifinə hələ də cavab verməyiblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bəyan edib.
Tasnim agentliyinə verdiyi müsahibədə o bildirib: "Danışıqlara gəlincə, demək lazımdır ki, cavab nəzərdən keçirilir və yekun nəticə əldə olunan kimi mütləq elan edəcəyik".
Məryəm Quliyeva