ain.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayının keçirilməsi üçün bu gün idarə heyətinin toplantısı keçiriləcək.
OLAY yazır ki, bunu İttifaqın katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib:
“Bu gün idarə heyətinin toplantısı keçiriləcək. Toplantıda qurultayın keçiriləcəyi vaxt müəyyən olunacaq”.
Qeyd edək ki, ittifaqa yeni sədrin seçilməsi və digər məsələlərin müzakirəsi məqsədilə qurultayın keçirilməsi may ayının sonlarına planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.