AZ

Moda dünyasının ən böyük tədbirində cins şalvarda göründü: ŞOKA SALDI

Ajans.az xəbər verir ki, adətən bol və dəbdəbəli geyimlərin üstünlük təşkil etdiyi Met Qala gecəsində Mandava denim (cins) üslubunda görünərək diqqət çəkib. O, qırmızı xalçada verdiyi müsahibədə bu seçimini “indiyə qədər metroda geyindiyim ən rahat geyim” kimi şərh edib. 26 yaşlı model Nyu-York Universitetinin məzunudur və modellik karyerasında qısa müddətdə böyük uğur qazanıb. Onun agenti tərəfindən Bruklin metro stansiyasında kəşf edildiyi bildirilir. Keçən ilin dekabrında Mandava Chanel şousunu açan ilk hindistanlı model kimi tarixə düşüb. Son aylarda isə onun Fransız moda evi Chanel və brendin kreativ direktoru Matye Blasi ilə əməkdaşlığı daha da genişlənib.

Mandavanın Met Gala görünüşü həm moda dünyasında stereotipləri sındırdığı, həm də tədbirin klassik estetik qaydalarından kənara çıxdığı üçün geniş müzakirələrə səbəb olub.

Seçilən
18
Ajans.az

1Mənbələr