1-ci Liqanın 25-xi turunda Buzovna qəsəbə stadionunda autsayder "Difai" ilə 0:0 hesablı bərabərliyə razılaşan lider "Şəfa" qarşıdakı iki matçda 2 xal qazanacağı halda, çempionluğu rəsmiləşdirəcək.
Fanat.Az-a klubdan verilən məlumata görə, "fədailər"lə bərbad ot örtüyü üzərində baş tutan görüşdən sonra 2 günlük istirahətə buraxılan kollektiv sabah bir araya gələcək.
Bakı Olimpiya Stadionunun köməkçi meydanında bir araya gələcək Bakı təmsilçisi 26-cı turda "Cəbrayıl"a qarşı keçirəcəyi oyunun hazırlıqlarına başlayacaq.
"Şəfa" - "Cəbrayıl" qarşılaşması mayın 15-də reallaşacaq. Binə qəsəbə stadionunda keçiriləcək matçın start fiti 17:00-da səslənəcək.
Hazırda 54 xalı olan "Şəfa" ən yaxın təqibçisi "Səbail"i 5 xal qabaqlayır.
Toğrul