ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Aliment borcu olan hər bir ABŞ vətəndaşı pasportun ləğv edilməsinin qarşısını almaq üçün dərhal müvafiq ştatda ödəniş etməlidir”
ABŞ Dövlət Departamenti aliment ödənişləri üzrə borcu olan Amerika vətəndaşlarını xaricə səyahət üçün pasportlarının ləğv ediləcəyi barədə xəbərdar edib. Və onları mümkün qədər tez lazımi ödənişləri etməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin veb saytında açıqlama dərc edilib.
Qeyd edilib ki, "əhəmiyyətli aliment borcu olan hər bir ABŞ vətəndaşı pasportun ləğv edilməsinin qarşısını almaq üçün dərhal müvafiq ştatda ödəniş etməlidir. Ləğv edildikdən sonra pasport artıq səyahət üçün istifadə edilə bilməz".
Əhəmiyyətli borc 2500 dollardan çox məbləğ kimi müəyyən edilir. Departamentdən qeyd edilib ki, oxşar ləğv müddəaları əvvəllər ABŞ qanunvericiliyində mövcud idi, lakin nadir hallarda tətbiq olunurdu. Hazırkı administrasiya Dövlət Departamenti ilə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti arasında borcu olan amerikalıların pasportlarının ləğv edilməsində misli görünməmiş səviyyədə əməkdaşlıq etdiyinə işarə edir.
Dövlət Departamenti əlavə edib ki, "bu tədbir amerikalı uşaqların rifahına yönəlib və aliment ödəməyənlər üçün real nəticələr təmin edir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.