AZ

"Aston Villa" finalda olmağı haqq edirdi" - Kapitandan darmadağın şərhi

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda uduzduğu (0:1) "Nottingem Forest"i dünən Birmingemdə baş tutan cavab qarşılaşmasında 4:0 hesabı ilə darmadağın edərək finala yüksələn "Aston Villa"nın kapitanı Con Makginn fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçinin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Adətən oyunlardan öncə sakit oluram, amma bu dəfə ruhumda inanılmaz gərginlik var idi. "Aston Villa" finalda olmağı haqq edirdi. Əvvəllər yarımfinallarda məyus olmuşuq. Üzərimdə təzyiq var idi, lakin bu axşam "Aston Villa" özünün bütün dövrlərdəki ən yaxşı oyunlarından birini sərgilədi. 

Hə, müəyyən zədələr rəqibi bir qədər zəiflətmişdi. Ancaq vəziyyətdən yararlanmaq da vacib idi. Biz bunu bacardıq".

"Aston Villa" finalda "Frayburq" ilə üz-üzə gələcək. İstanbuldakı "Tüpraş" stadionunda baş tutacaq həlledici görüş mayın 20-də baş tutacaq.

Nihat

Seçilən
37
1
fanat.az

2Mənbələr