AZ

Çernobıl “təcrid zonasında” meşə yanğını baş verib

Bakı, 8 may, AZƏRTAC

Ukraynanın Çernobıl “təcrid zonasında” güclü meşə yanğını baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü ölkənin Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Qeyd olunub ki, güclü küləklər yanğının 1100 hektardan çox əraziyə sürətlə yayılmasına səbəb olub.

Çernobıl 1986-cı ildə baş verən partlayış və böyük nüvə fəlakətinə səbəb olan yanğınla xatırlanır.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasında bəzi meşəlik ərazilərdə yanğınsöndürmə işlərinin partlayıcı obyektlərin yaratdığı təhlükə səbəbindən müvəqqəti olaraq dayandırıldığı bildirilib. “Vəziyyət quru hava, güclü külək və müəyyən ərazilərdəki mina təhlükəsi ilə çətinləşib ki, bu da yanğınsöndürmə işlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır”, - deyə məlumatda qeyd olunur.

Bəyanata görə, Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri digər qurumların xüsusi texnikası və personalı ilə birlikdə yanğının qarşısını almaq üçün səfərbər edilib.

Yanğınsöndürənlər alovların daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Seçilən
12
azertag.az

1Mənbələr