Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-nin Harvard Universitetinin keçmiş aparıcı alimlərindən biri - Çarlz Liber rəsmi şəkildə Çinin Şençjen şəhərində fəaliyyət göstərən yeni “i-BRAIN” institutunun rəhbəri təyin olunub.
Modern.az xəbər verir ki, alim beyin-kompüter interfeysləri sahəsində fəaliyyət göstərən institutun direktoru vəzifəsini icra edəcək. Layihənin əsas məqsədi Çini bu texnologiya üzrə dünya liderinə çevirməkdir.
Məlumata görə, Çarlz Liber ABŞ-də işlədiyi dövrlə müqayisədə Çində daha geniş imkanlar əldə edib. Ona primatlar üzərində eksperimentlərin aparılması, eləcə də qabaqcıl çip istehsalı avadanlıqlarından istifadə üçün məhdudiyyətsiz şərait yaradıldığı bildirilir. Layihənin tam şəkildə Çin hökuməti tərəfindən maliyyələşdirildiyi qeyd olunur.
Ekspertlər hesab edirlər ki, beyin-kompüter interfeysi texnologiyaları gələcəkdə həm mülki, həm də hərbi sahədə ciddi dəyişikliklər yarada bilər. Bu səbəbdən bəzi dairələr Liberin hazırladığı texnologiyaların gələcəkdə Çinin hərbi proqramlarında istifadə oluna biləcəyindən narahatdır.
Qeyd edilir ki, Çin hakimiyyəti BCI texnologiyalarını “milli prioritet” elan edib. Analitiklərin fikrincə, bu istiqamətdə aparılan tədqiqatlar süni intellekt inteqrasiyalı hərbi sistemlərin və insanın idrak imkanlarını artıran texnologiyaların inkişafına yol aça bilər.
Xatırladaq ki, Çarlz Liber 2021-ci ildə ABŞ-də Çin hökumətinin “Min istedad” proqramından aldığı ödənişləri gizlətməkdə ittiham olunaraq məhkum edilmişdi. Məlumata əsasən, alimə həmin proqram çərçivəsində ildə 750 min dollar təklif olunub. O, yüngül hökm aldıqdan və 2023-cü ildə təqaüdə çıxdıqdan sonra tam şəkildə Çinə köçüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.