ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Evin mətbuat katibi Karolin Livitt qız övladının dünyaya gəldiyini açıqlayıb.
Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Livitt bildirib ki, mayın 1-də Viviana adlı qızı dünyaya gəlib.
“Viviana, ya da sadəcə “Vivi” ailəmizə qoşuldu və qəlbimiz dərhal sevgi ilə doldu. O, sağlam və gözəldir. Böyük qardaşı da yeni doğulan bacısı ilə həyata sevinclə uyğunlaşır. Biz hazırda yeni doğulmuş körpə ilə bağlı xoşbəxt günlərin hər anından zövq alırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, cütlüyün bundan əvvəl 2024-cü ildə dünyaya gələn Niko adlı oğulları var

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.