Azertag saytına istinadən ain.az xəbər verir.
Tbilisi, 8 may, AZƏRTAC
Gürcüstanın valyuta ehtiyatları 6,47 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısı qeyd edib ki, müsbət tendensiyalar fonunda Gürcüstan Milli Bankı aprel ayında valyuta ehtiyatlarını əlavə olaraq 154,2 milyon dollar artırıb: “Müvafiq olaraq, milli valyuta - larinin məzənnəsi sabit olaraq qalır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.