AZ

Peskov: Rusiya Avropa ilə dialoqa hazırdır

ain.az, Azertag saytına istinadən bildirir.

Moskva, 8 may, AZƏRTAC

Rusiya Avropa ilə dialoqa hazırdır, lakin özü təmaslara təşəbbüs göstərmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Rusiya ilə potensial danışıqlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Avropalıların hazır olduqları təqdirdə dialoqumuzda irəliləməyə hazırıq. Lakin Putin dəfələrlə qeyd etdiyi kimi, avropalıların tutduqları mövqedən sonra biz özümüz belə əlaqələr qurmağa təşəbbüs etməyəcəyik”, - deyə Kremlin sözçüsü qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, Rusiya ilə Avropa arasında münasibətlərin kəsilməsinin təşəbbüskarı Moskva deyil. “Rusiya tərəfi münasibətlərimizin kəsilməsinin təşəbbüskarı olmayıb. Bunun təşəbbüskarları Brüssel və ayrı-ayrı Avropa paytaxtları olub”, - deyə o bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azertag.az

4Mənbələr