AZ

AZƏRTAC ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

AZƏRTAC-ın fotomüxbiri, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərov beynəlxalq fotomüsabiqələrdə növbəti uğura imza atıb. Fotoqrafın əsərləri Rumıniya və Serbiyada keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə ümumilikdə 3 qızıl medala layiq görülüb.

Rumıniyada Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilən “10th Romanian Grand Circuit 2026” beynəlxalq fotomüsabiqəsində İlqar Cəfərovun “Paralimpik athlete” fotoşəkli “Varadinum” qızıl medalını (Varadinum Gold medal) qazanıb.

Fotomüxbirin "Cleaning" fotoşəklinə isə Serbiyada keçirilən “BLENDA 2026” beynəlxalq fotomüsabiqəsində Serbiya Fotoqraflar Birliyinin qızıl medalı (FSS Gold Medal) verilib.

Bununla yanaşı, Serbiyada keçirilən "Good Light 2026" adlı digər beynəlxalq fotomüsabiqəsində Əməkdar mədəniyyət işçisinin “By the sea” fotosu Beynəlxalq art fotoqraflar Assosiasiyasının qızıl medalına (İAAP gold medal) layiq görülüb.

Qeyd edək ki, İlqar Cəfərovun müxtəlif janrlarda çəkdiyi fotolar indiyədək bir sıra beynəlxalq sərgi və müsabiqələrdə uğur qazanaraq Azərbaycan fotosənətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr