AZ

Xalq artisti: "Həyatımın ən unudulmaz günlərindən birini yaşayıram"

Xalq artisti Fidan Hacıyeva ötən prezident mükafatına layiq görülməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Ölkə.Az xəbər verir ki, bu barədə o sosial şəbəkələrdə p-aylaşım edib:

“Həyatımın ən qürurverici və unudulmaz günlərindən birini yaşayıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Prezident mükafatına”layiq görüldüyüm üçün sonsuz fəxr hissi keçirirəm.

Opera sənəti mənim üçün sadəcə bir peşə deyil, bir həyat yoludur. Bu çətin, lakin gözəl yolda çəkdiyim zəhmətin dövlətimiz tərəfindən bu cür yüksək qiymətləndirilməsi mənə yeni yaradıcılıq stimulu verir. Mənə inanan, dəstəyini əsirgəməyən hər kəsə, ilk növbədə bu etimada görə ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

Mədəniyyətimizi və klassik musiqimizi həm ölkəmizdə, həm də beynəlxalq səhnələrdə ləyaqətlə təmsil etmək üçün var gücümlə çalışmağa davam edəcəyəm”.

Qeyd edək ki, F.Hacıyeva Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisidir.

Billurə
 

Seçilən
33
2
olke.az

3Mənbələr