AZ

"Dünya Seriyası": "Neftçi"ni finala buraxmadılar

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ yığması ilə qarşılaşıb. 

"Ağ-qaralar" rəqibinə uduzub. Qarşılaşma amerikalıların 21:16 hesablı qələbəsi ilə nəticələnib.

Beləliklə, "Neftçi" finala adlaya bilməyib. 

Qeyd edək ki, B qrupunda keçirdiyi hər iki oyunda qalib olan (Polşa - 22:14, Çin - 19:17 ) "ağ-qaralar" 1/4 finalda Monqolustandan üstün (21:11) olmuşdu. 

Seçilən
8
1
fanat.az

2Mənbələr