AZ

Rusiya jurnalistlərini beynəlxalq təşkilatdan qovdular

Rusiya Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasından (BJF) çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov “Lenta.ru”ya bildirib.

Solovyovun sözlərinə görə, Rusiya təşkilatının üzvlüyü əvvəllər Rusiyanın işğal etdiyi Donetsk və Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiya Jurnalistlər Birliyinin filiallarının yaradılmasından sonra dondurulmuşdu.

"Donetsk, Luqansk, Xerson və Zaporojyedə filiallarımızı qurduğumuz zaman Brüsseldə üzvlüyümüzün dondurulması barədə qərar qəbul edildi", - Rusiya Jurnalistlər Birliyinin rəhbəri bildirib.

O, həmçinin Rusiya Jurnalistlər Birliyinin Parisdə keçirilən Beynəlxalq Jurnalistlər Federasiyasının yüz illik konqresinə dəvət olunduğunu, lakin Rusiya nümayəndə heyətinin iştirak etməkdən imtina etdiyini və iştirakçılara BJF rəhbərliyinin hərəkətləri ilə bağlı mövqeyini əks etdirən sənəd göndərdiyini bildirib.

Seçilən
20
publika.az

1Mənbələr