"Real"ın əfsanəvi oyunçularından olmuş Luiş Fiqu Madrid təmsilçisində korlanan atmosferdən danışıb.
Fanat.Az xəbər verir ki, "Diario Sport" sabiq yarımmüdafiəçinin fikirlərini belə çatdırıb:
"Real"da baş verənlər anormaldır. O klubda belə hal baş verməməlidir, Baxmayaraq ki, bu nə ilk, nə də sonuncudur. Bu cür vəziyyətlər soyunub-geyinmə otağında məyusluq anlarında yarana bilər. Otuz nəfəri idarə etmək asan deyil və bəzən baş verməməli səhvlər də olur.
Mənim dövrümdə Mourinyu mənim həm baş məşqçim, həm köməkçi məşqçim, həm tərcüməçim, həm də dostum idi. Mən heç vaxt onun həddindən artıq çox sərt məşqçi olduğunu hiss etməmişəm. İndiki halda "Real"ın ona ehtiyacı yoxdur. Klubu və oradakı atmosferi bildiyim üçün "Madrid"in sərt məşqçiyə ehtiyacı olduğunu düşünmürəm. Joze mənim dostumdur və ona uğurlar arzulayıram. Ümumiyyətlə, son illərə baxanda Del Boske, Zidan və Ançelotti "dəmir yumruq" profilinə tam uyğun gəlmirdilər. Düşünmürəm ki, bu model işə yarayır".
Qeyd edək ki, dünən Federiko Valverde ilə Ourelye Tçuameninin məşq zamanı dava etdiyi və birincinin ağır xəsarətlər aldığı, nəticədə xəstəxanaya yerləşdirildiyi məlum olub. Klub davadan dərhal sonra təcili iclas keçirərək hər iki futbolçunun heyətdən kənarlaşdırmasına qərar verib.
Mirağa