20 yaşlı amerikalı bloger sosial mediada necə kor olduğunu paylaşıb. Deməli, Qreys Dominikan Respublikasına tətilə gedib və kontakt linzalarını çıxarmadan duş qəbul edib. Amerikaya qayıtdıqdan bir həftə sonra o, görmə qabiliyyətini itirib.
Hafta.az yazır ki, gənc qadının sözlərinə görə, həkimlər əvvəlcə ona səhv diaqnoz qoyublar və göz damcıları təyin ediblər. Bu, linza ilə gözü arasında qalan təhlükəli amebanın daha da yayılmasına imkan verib.
Akantamoeba diaqnozu qoyulan Qreys gözlərini sağaltmağa çalışır. Dominikan Respublikasında duş qəbul edərkən kiçik mikroorqanizmlər onun buynuz qişasına yapışıblar. Linza nəmi tutduğu üçün infeksiya buynuz qişaya asanlıqla zərər verib.
Hazırda kor olan Qreysin bozumtul bəbəyi var. Bu, daimi korluğun əlamətidir.
ütəxəssislər duş qəbul etməzdən və ya hovuzda üzmədən əvvəl linzaları çıxarmağı, linzalarla yatmamağı və onları yalnız xüsusi məhlulla təmizləməyi məsləhət görürlər.