Macarıstanda 16 illik Viktor Orban hakimiyyətinə son qoyaraq seçkilərdə qələbə qazanan yeni baş nazir Piter Madyar ilk qərarlarından biri ilə gündəmə gəlib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, qaynı Marton Mellethei-Barnanı ədliyyə naziri postuna təyin etmək istəyib. Lakin qərar ölkədə ciddi tənqidlərə səbəb olub.
Məlumata görə, ictimai narazılıqdan sonra Mellethei-Barna namizədliyini geri götürdüyünü açıqlayıb. O, sosial media hesabında paylaşdığı bəyanatda bu vəzifəyə namizəd göstərilməsini böyük şərəf adlandırsa da, mövcud siyasi şəraitdə geri çəkilməyin daha doğru qərar olduğunu bildirib.
Hüquqşünas olan Mellethei-Barna qərarın ailə əlaqələri ilə bağlı olmadığını desə də, baş nazirlə qohumluq münasibətinin dəyişiklik prosesinə kölgə sala biləcəyini vurğulayıb.
Baş nazir Peter Madyar isə qərara hörmətlə yanaşdığını bildirib. O, qaynının bu vəzifə üçün uyğun namizəd olduğunu desə də, geri addımın siyasi baxımdan düzgün addım olduğunu qeyd edib.
Musavat.com
