Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyborist Partiyasının regional seçkilərdə zəif nəticələrinə baxmayaraq, istefa vermək niyyətində olmadığını açıqlayıb.
Redaktor.az bu haqda "Sky News"ə istinadla məlumat verir.
“Xeyr. Mən getməyəcəyəm”, – o bildirib.
Starmer hökumətin bəzi səhvlərə yol verdiyini etiraf etsə də, növbəti parlament seçkilərinə qədər partiyaya rəhbərlik edəcəyini və problemlərin həlli üçün fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.
Aytəkin TOFİQQIZI