"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/2 finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, B qrupunda keçirdiyi hər iki oyunda qalib olan (Polşa - 22:14, Çin - 19:17 ) "ağ-qaralar" 1/4 finalda Monqolustan yığmasını da üstələyib.
Ratomir Deliçin çalışdırdığı kollektiv rəqibini 21:11 hesabı ilə yenib.
Azərbaycan təmsilçisi yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Turnirı bu gün yekun vurulacaq.