Hindistanın ən məşhur aktrisalarından biri olan Uorfi Caved qatıldığı tədbirdə paltarını qonaqlara yedirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Uorfi Caved tədbirdə qeyri-adi geyimi ilə sosial mediada diqqət mərkəzinə çevrilib.
Məşhur aktrisa tədbirə tamamilə yeməli tortdan hazırlanmış qara donla qatılıb və ondan parçaları qopararaq ətrafdakılara təqdim edib.
Onun Mumbaydakı tədbirdə geyindiyi cazibədar qısa zamanda tədbirin ən çox müzakirə olunan mövzusuna çevrilib.
Tədbirdən sonra paylaşılan videolar milyonlarla dəfə izlənilib və "yeməli paltar" konsepsiyası sosial şəbəkələrdə geniş rezonans yaradıb.
Billurə